SİYASƏT


Azərbaycan nümayəndə heyəti San-Fransiskoda Kaliforniya siyasi xadimləri ilə görüşlər keçirib

Bakı, 21 may, AZƏRTAC

Kaliforniyada səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti San-Fransisko Şəhər Şurasının üzvü Norman Yi və Kaliforniya ştat senatoru Ceri Hill ilə görüşlər keçirib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin bir sıra kilsələrdə və sinaqoqda olub. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev görüşlərdə iştirak edib.

Görüşlər zamanı Azərbaycanın tarixi tolerantlıq və zəngin multikulturalizm ənənələri haqqında geniş məlumat verilib. Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları diqqətə çatdırılıb, həmçinin bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.