MƏDƏNİYYƏT


Azərbaycan nümayəndə heyəti Şimali Kiprdə keçirilən iki tədbirdə təmsil olunub VİDEO

Ankara, 26 mart, AZƏRTAC

Azərbaycanın təmsil edən geniş nümayəndə heyəti Şimali Kiprdə (ŞK) keçirilən iki tədbirdə təmsil olunub.

Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçılığı ilə Lefkoşada keçirilən Novruz şənliyində türkdilli, həmçinin Balkan və şərq ölkələrdən olan qonaqlar iştirak ediblər.

AKDC-dən AZƏRTAC-a verilən məlumata görə, şənliyə Azərbaycan Milli Məclisin deputatları Aydın Mirzəzadə və Azər Badamov, eləcə də ölkəmizdən gələn bir qrup təhsil işçisi, həmçinin Şimali Makedoniyadan millət vəkili Enes İbrahim, Şimali Kiprdən millət vəkili, professor Erhan Arıklı və ŞK-nin mədəniyyət və turizm naziri Fikri Ataoğlu və digər nüfuzlu şəxslər qatılıblar. Zəngin musiqi proqramı, şən rəqslər tədbir iştirakçılarında yüksək bayram ovqatı yaradıb.

Millət vəkili Aydın Mirzəzadə və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu tədbirdə çıxış ediblər.

                                                  XXX

Azərbaycanın qədim adət-ənənələrimiz, mədəni əlaqələr Türk Birliyi Həmrəylik Dərnəyinin Girnə şəhərində təşkil etdiyi 1-ci Beynəlxalq Kipr Araşdırmaları Simpoziumunda da geniş müzakirə edilib. AKDC-nin dəstəyi ilə 14 ölkədən 120-dən artıq nüfuzlu ictimai xadim, siyasət və elm adamı, ziyalıların iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetinin 20-dən artıq müəllimi təmsil edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.