İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Şimali Makedoniyada keçirilən beynəlxalq tədbirdə iştirak edir

Bakı, 25 may, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə mayın 25-27-də Şimali Makedoniyanın paytaxtı Skopya şəhərində “Avropa və Mərkəzi Asiyada ən yaxşı torpaq konsolidasiyası və torpaq bankçılığı təcrübələri” mövzusunda seminar işə başlayıb. Seminarda dünyanın müxtəlif ölkələrindən aidiyyatı qurumların rəhbər şəxsləri, alimlər, mütəxəssislər daxil olmaqla ümumilikdə 280 nəfər iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova və Nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev də iştirak edir. 13-cü beynəlxalq “LANDNET” tədbirində əsasən bəzi ölkələrin torpaqların konsolidasiyası çərçivəsində tətbiq etdikləri islahat alətləri müzakirə olunur. Seminarda torpaq bankçılğının torpaqların konsolidasiya edilməsi, kənd təsərrüfatı infrastrukturunun qurulması və torpaq bazarının inkişaf etdirilməsində rolundan bəhs olunub.

Eyni zamanda, torpaq bankçlığının müxtəlif səbəblərdən tərk edilmiş və ya uzun müddətə istifadə edilməyən torpaqların təsərrüfat dövriyyəsinə qaytarılmasına xidmət etməsi məsələləri də əsas müzakirə mövzularındandır.

Tədbir çərçivəsində Şimali Makedoniyada səfərdə olan nümayəndə heyətinin Bitola bələdiyyəsinin ərazisində “Egri torpaq konsolidasiyası ərazisi”nə səfəri nəzərdə tutulub. Səfərin məqsədi torpaqların konsolidasiyasının kənd təsərrüfatının və kənd yerlərinin inkişafına verdiyi töhfə ilə yaxından tanış olmaqdır.

Təcrübə mübadiləsi çərçivəsində nazir müavini İlhamə Qədimova bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.