İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, İsveçrənin Cenevrə şəhərində Ümumdünya Radiorabitə Konfransına hazırlıqlar çərçivəsində görüş təşkil olunub. Görüşün əsas məqsədi hazırlıq prosesinin nəzərdən keçirilməsi, hesabatların hazırlanması, təşkilati məsələlərin həllidir.

Konfransa hazırlıq prosesi zamanı radiorabitə reqlamenti, radiotezlik spektri, geostasionar və qeyri-geostasionar peyk xidmətlərindən, həmçinin orbitlərdən istifadə üzrə beynəlxalq sazişlər barədə təkliflərin irəli sürülməsi nəzərdən keçiriləcək.

Görüşdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edirlər. Azərbaycan nümayəndə heyəti konfransa hazırlıq görüşü çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə bilik və təcrübə mübadiləsi aparıb.

Regional Rabitə Birliyi (RRB), Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı (CEPT) toplantılarda fəal iştirakı ilə seçiliblər.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil ediləcək “Ümumdünya Radiorabitə Konfransı-2019” cari ilin 28 oktyabr-22 noyabr tarixlərində Misirin Şarm-əş-Şeyx şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.