İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edir

Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edir

Bakı, 28 mart, AZƏRTAC

Martın 27-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Radiorabitə Konfransına son hazırlıq iclası öz işinə başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi və “Azərkosmos”un mütəxəssisləri təmsil edirlər.

Konfransın gündəliyinə daxil olan məsələlər, o cümlədən növbəti illərdə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadənin təmin edilməsi üzrə hazırlanmış müvafiq tövsiyə və qətnamə xarakterli sənədlərin layihələri müzakirə ediləcək.

İki həftə davam edəcək tədbir çərçivəsində sözügedən sahədə Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə müxtəlif regional təşkilatlarla və aidiyyəti rabitə administrasiyaları ilə zəruri koordinasiya görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.