İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub

Zaqreb, 4 oktyabr, AZƏRTAC

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və UNDP Azərbaycan ofisi tərəfindən həyata keçirilən "2017-2020-ci illərdə Şəki-Zaqatala İqtisadi Zonasında ABAD-ın Balakəndəki regional mərkəzi vasitəsilə kiçik ailə biznesinin inkişafına dəstək" layihəsi ilə bağlı ABAD və UNDP təmsilçilərindən ibarət nümayəndə heyəti Xorvatiyada səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Xorvatiyanın bu sahədə təcrübəsi ilə tanış olub, KOM, İnnovasiya və İnvestisiya Agentliyi; İqtisadiyyat Palatası; Ticarət və Sənətlər Palatasında səmərəli görüşlər keçirib. Həmçinin kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə Zaqreb, Zrno, Medyimurye, Samobor və Riyeka şəhərlərində qida sənayesi, şərabçılıq və sənətkarlıqla məşğul olan sahibkarlarla görüşlər keçirilib. Xorvatiya Ticarət və Sənətlər Palatası ilə UNDP-ABAD birgə komandasının görüşündə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov iştirak edərək, səfərin iki ölkə arasında sürətlə inkişaf edən münasibətlərə müsbət töhfə verəcəyindən əminliyini ifadə edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.