İQTİSADİYYAT


Azərbaycan nümayəndələri Brestlə qardaşlaşmış şəhərlərin forumunda iştirak edir

Bakı, 26 iyul, AZƏRTAC 

Brestlə qardaşlaşmış və onunla tərəfdaşlıq edən şəhərlərin birinci forumunda 13 ölkənin nümayəndələri iştirak edir. Bu barədə iyulun 26-da Brest Şəhər İcraiyyə Komitəsinin nümayəndəsi Aleksandr Roqaçuk məlumat verib.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, forumda 28 nümayəndə heyətinin tərkibində 120-dən çox xarici qonaq iştirak edir. Onlar Azərbaycan, Türkiyə, Çin, Bolqarıstan, Serbiya, Fransa, Rusiya, Polşa, Ukrayna, Gürcüstan, Slovakiya, Niderland, İsrail və s. ölkələri təmsil edirlər. A.Roqaçuk deyib: “Brestlə 33 şəhər qardaşlaşıb. Onların, demək olar, hamısı ilə səmərəli münasibətlər qurulub. Bu əlaqələri daha da genişləndirmək, onları daha məzmunlu etmək fikrimiz var. Forum bu məqsədlə təşkil edilib. Əminəm ki, onun qədəmləri uğurludur, çünki birinci forum müvəffəqiyyətlə keçir. Artıq əməkdaşlıq haqqında 18 saziş imzalamaq üzrəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.