CƏMİYYƏT


Azərbaycan oftalmoloqları Avropa Oftalmologiya Cəmiyyətinin konqresində iştirak edirlər

Bakı, 13 iyun, AZƏRTAC

“SOE – 2019” adlı mötəbər konqresdə Azərbaycan oftalmoloqları da iştirak edir.

Avropa Oftalmologiya Cəmiyyətinin hər il düzənlədiyi tədbir bu il Fransanın Nitsa şəhərində keçirilir. Sevindirici haldır ki, dünyanın ən tanınmış tibb mərkəzləri və klinikalarından dəvət olunan oftalmoloqlar arasında azərbaycanlı alimlər də var. Azərbaycanda yüksək keyfiyyətli müalicə mərkəzi kimi tanınan Caspian International Hospitalın direktoru, tibb üzrə elmlər doktoru, dosent Aytən Sultanova və oftalmologiya bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Leyla Qəhrəmanova da dəvət alan qonaqlar sırasındadır.

Caspian International Hospitalın direktoru Aytən Sultanova AZƏRTAC-a bildirib ki, oftalmologiya sahəsindəki ən son texnoloji yeniliklərdən bəhrələnən bu mötəbər tədbirdə dünyanın ən tanınmış alimləri çıxış edəcək, sözügedən sahənin bütün spektrləri barədə informasiya mübadiləsi aparılaraq, ən yeni avadanlıqlar və qurğular nümayiş etdiriləcək.

İyunun 13-dən 16-na qədər davam edəcək konqresdə azərbaycanlı oftalmoloq-alimlərin də çıxışı gözlənilir.

Qeyd edək ki, 1956-cı ildə yaradılan Avropa Oftalmologiya Cəmiyyətinin (SOE) bu gün 40-dan çox üzvü var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.