MƏDƏNİYYƏT


Azərbaycan opera müğənnisinin Böyük teatrın səhnəsində ilk çıxışı uğurla keçib

Moskva, 22 aprel, AZƏRTAC

Azərbaycan opera müğənnisi Azər Zadənin Rusiya Böyük teatrının səhnəsində ilk çıxışı uğurla keçib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı opera müğənnisi, Milanın “La-Skala” teatrının solisti Azər Zadənin Böyük teatrda Cuzeppe Verdinin “Traviata” operasında Alfredin partiyasını ifa edib.

Azər Zadə (Rzazadə) Bakı Musiqi Akademiyası, Ozimo Opera Sənəti Akademiyası və Milanın La-Skala Akademiyasının məzunu, bir çox beynəlxalq müsabiqələrin qalibidir. İtaliyanın opera səhnələrində “Traviata”, “Makbet”, Boqema” və digər əsərlərdə aparıcı partiyaların ifaçısı olan Azər Zadə Avstriya, Fransa, Yunanıstanda qastrol səfərlərində olur. Bu günlərdə isə o, Azərbaycanın Xalq artisti Dinara Əliyevanın “Opera Art” beynəlxalq festivalının Moskvada keçirilən açılışında çıxış edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.