REGİONLAR
Azərbaycan ordusu vətənimizin müdafiəsinin təminatçısıdır
Şamaxı, 26 iyun, AZƏRTAC
Şamaxı rayonundakı “N” saylı hərbi hissədə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə əsgər və zabitlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova bayram münasibətilə hərbi hissənin zabit və əsgər heyətini təbrik edib, Azərbaycan ordusunun yaradılması, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirib ki, bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və vətənimizin müdafiəsinin tam təminatçısıdır.
Digər çıxış edənlər də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması, bazasının möhkəmləndirilməsi, ümumən ölkəmizin hərbi qüdrətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Sonra iştirakçılar hərbi hissə ilə tanış olub, yeməkxanada əsgərlərlə birlikdə nahar ediblər.
Sonda rayonun incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.