Azərbaycan ötən il 1,4 milyard kilovat/saat elektrik enerjisi ixrac edib
AzerTAg.az
Bakı, 23 yanvar, AZƏRTAC
Keçən il Azərbaycan elektrik enerjisi ixracını cüzi artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, 2019-cu ildə elektrik enerjisinin ixracı 1 milyard 490,9 milyon kilovat/saat olmaqla 2018-ci illə (1 milyard 445,2 milyon kilovat/saat) müqayisədə 45,7 milyon kilovat/saat (3,2 faiz), idxal isə 136,9 milyon kilovat/saat təşkil etməklə əvvəlki ilə (131,2 milyon kilovat/saat) nisbətən 5,7 milyon kilovat/saat (4,3 faiz) artıb.
Belə ki, ixrac olunan 1 milyard 490,9 milyon kilovat/saat elektrik enerjisinin 34,2 milyon kilovat/saatı İranın, 98,3 milyon kilovat/saatı Türkiyənin, 218,6 milyon kilovat/saatı Rusiyanın, 1 milyard 139,8 milyon kilovat/saatı Gürcüstanın payına düşüb.
İdxal olunan 136,9 milyon kilovat/saat elektrik enerjisinin 34 milyon kilovat/saatı İrandan, 90,8 milyon kilovat/saatı Rusiyadan, 12,1 milyon kilovat/saatı isə Gürcüstandan alınıb.

Xəbərin mətnində orfoqrafik səhv var