İQTİSADİYYAT


Azərbaycan ötən il Gürcüstanın əsas təbii qaz təminatçısı olub

Tbilisi, 1 iyun, AZƏRTAC

Azərbaycan 2019-cu ildə Gürcüstanın əsas təbii qaz təminatçısı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının ötən il üzrə hesabatında deyilir.

Bildirilir ki, keçən il Gürcüstan 2,5 milyard kubmetr təbii qaz istehlak edib. Bu göstərici 2018-ci illə müqayisədə 15 faiz çoxdur.

Gürcüstan təbii qaza olan tələbatının 99,8 faizini idxalın, qalan hissəsini isə daxili hasilatın hesabına təmin edib. Gürcüstanın 2019-cu ildə idxal etdiyi təbii qazın 93 faizi Azərbaycanın payına düşüb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.