Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan-özbək ədəbi əlaqələri tarixindən

Azərbaycan-özbək ədəbi əlaqələri tarixindən

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi lap qədim dövrlərə gedib çıxır. Bu əlaqələrin zəngin ədəbi mənzərəsi iki xalqın tarixi ənənələrə bağlılığı – ortaq ədəbi abidələrinin olması ilə xarakterikdir.

Azərbaycan və özbək xalqlarının ədəbi-mədəni əlaqələrinin çoxəsrlik zəngin və keşməkeşli bir tarixi olmasına baxmayaraq, müstəqillik dövrü yalnız bu əlaqələrin çiçəklənməsi üçün şərait yaratmaqla kifayətlənmədi, həm də bu minillik tarixi ənənələri yeni tələblər əsasında saf-çürük etməyi, yeni prinsiplər müstəvisində dərindən öyrənməyi, istiqlal məfkurəsi baxımından geniş şəkildə işıqlandırmağı müasir ədəbiyyatşünaslıq qarşısında ciddi vəzifə kimi qoydu.

Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvinin (Binnətova) “Azərbaycan-özbək ədəbi əlaqələri tarixindən” sərləvhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Müstəqillik illərində Azərbaycan-özbək ədəbi əlaqələri müxtəlif aspektlərdə – həm tədqiqat, həm də dissertasiya mövzusu olaraq geniş araşdırılıb, eyni zamanda, bədii əsərlərin tərcüməsi məsələlərini qeyd edə bilərik. Bu əlaqələr müstəvisində Müstəqillikdən əvvəl beş, müstəqillik illərində isə iki doktorluq dissertasiyası müdafiə edilib. Ümumiyyətlə, Azərbaycan-özbək ədəbi əlaqələr müstəvisindəki qarşılıqlı münasibətlər, bəlkə də əlaqələr sıralanmasında birinci (ola bilsin, son illərin Türkiyə ədəbiyyatına aid tədqiqatlarla müqayisədə ikinci) yerdə dayanır. Yəni saysız-hesabsız məqalələr, kitablar, tərcümələr siyahısını bir məqalədə sadalamaq mümkünsüzdür. Misal olaraq bəzi tarixi-ədəbi faktlara diqqət yetirə bilərik.

Müstəqillik dövründə Azərbaycan-özbək ədəbi əlaqələrinin poetik təməli Nizami irsinə özbək klassik şairlərinin məhəbbəti üzərində daha da möhkəmlənib. Eyni zamanda, XV əsrdən sonra Nəvainin əsərlərinin Azərbaycan ədəbiyyatına, o cümlədən Füzuli, Kişvəri kimi nəhəng Azərbaycan klassiklərin yaradıcılığına təsiri çox olub. Bu ədəbi faktlar “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” (Bakı, 2009. 360 s.) adlı məqalələr toplusunda yer alıb. Kitabda XX əsr boyunca və XXI əsrin əvvəllərində Əlişir Nəvai haqqında müxtəlif mətbuat orqanlarında görkəmli Azərbaycan ədəbiyyatşünaslarının məqalələri toplanıb.

Azadlıq və istiqlaliyyət hər iki qardaş xalqın əsrlər boyu ən böyük arzusu, ürəyində ağrıya çevrilən ən ağır nisgili idi. Tarixin amansız hökmü ilə keçən əsrin əvvəllərində Kokandda elan edilmiş Türküstan Muxtariyyətinin ömrü (1917-1918) də Azərbaycan Xalq Cümhuriyyətinin ömrü (1918-1920) kimi qısa olmuşdu. Hər iki quruluş qanlı imperiya orduları tərəfindən silah gücünə və böyük qurbanlar hesabına darmadağın edildikdən sonra müəyyən illər keçər-keçməz Stalin repressiyası başqa xalqlar sırasında, Azərbaycan və özbək xalqlarının bütün düşünən beyinlərini, əsl ziyalı oğullarını yenidən ölüm “imtahanı”na çəkmiş və onların böyük əksəriyyətini amansızcasına məhv etmişdi. Bütün bu dəhşətlər və imperiya havadarlarının min cür hiyləsi ilə hər iki ölkədə müstəqillik ərəfəsində tökülən nahaq və günahsız qanlar ən çox ədəbiyyatın yaddaşında yaşayırdı və ilk növbədə, ədəbiyyatın vicdanını ağrıdırdı. Odur ki, hər iki ölkənin şair və yazıçıları müstəqilliyin elan olunmasını yalnız böyük sevinc və dərin inam hissi ilə qarşılamaqla kifayətlənmədilər. İstiqlal, bir tərəfdən onlardakı bağlı sandıqların açılmasına şərait yaratdı, digər tərəfdən, sovet dönəmində yaxın və uzaq keçmişə dair qadağan olunmuş mövzularda yeni-yeni əsərlərin yazılmalarına yol açdı. Özbək şair və yazıçılarının istiqlal dönəmində yaratdıqları əsərlərdə yuxarıda sadalanan keçmiş faciələrinin bədii əks-sədası və ya təsviri fonunda iki xalqın taleyindəki müştərək cəhətləri sezmək çətin deyil.

Məhz ona görədir ki, müstəqillik illərində istər Azərbaycan dilindən özbəkcəyə, istərsə özbək dilindən azərbaycancaya tərcümə olunan nümunələrin böyük bir hissəsini, hətta onlardan bəziləri müstəqillikdən qabaq yazılmış olsa belə, bu və ya digər istiqlal ruhu ilə səsləşən, vətənpərvər obrazları və azadlıqsevər qəhrəmanları ilə seçilən əsərlər təşkil edir.

Osman Qoçqarın Azərbaycan ədəbiyyatından tərcümələri də diqqətəlayiqdir. Onun Mirzə Cəlildən, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqa klassiklərimizdən, xüsusən Hüseyn Cavidin “İblis”, “Əmir Teymur”, “Şeyx Sənan” kimi əsərlərinin tərcümələri özbək ədəbi mühitində böyük rəğbətlə qarşılanıb. Müstəqillik dövrü Azərbaycan–özbək ədəbi əlaqələrinin ciddi uğurlarından danışarkən Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə “Dünya ədəbiyyatı” dərgisi, “525-ci qəzet”, Atatürk Mərkəzi və başqa təşkilatların iştirakı ilə 2005-ci ildə Azərbaycan paytaxtında təşkil olunmuş “Tərcümə məsələləri və qloballaşma” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans qeyd olunmalıdır.

Azərbaycandakı “Dünya ədəbiyyatı” dərgisinin bu təşəbbüsünə Özbəkistanda dərc olunan “Cahan ədəbiyyatı” dərgisi Azərbaycanla bağlı xüsusi buraxılışı ilə cavab verdi.

Müstəqillik dövrünün qarşılıqlı ədəbi-mədəni əlaqələrində müşahidə olunan özünəməxsus hadisələr, bir ədəbi simanın yaradıcılığında iki ədəbi mühit ənənələrinin sintezləşməsi və hər iki ölkədə yaşayan eyni etnik azlığın mədəni “körpü” rolunu oynayaraq iki xalqın ədəbi ənənələrini bir-birinə ötürməsi təkcə Azərbaycan-özbək ədəbi əlaqələrinin deyil, ümumən ədəbi-mədəni əlaqələrin yeni təzahür formaları kimi diqqəti cəlb edir. Bu isə ədəbi əlaqələrin nəzəri əsaslarının dərinləşdirilməsı və miqyasının genişləndirilməsi baxımından olduqca qiymətli və əhəmiyyətli material verir.

Müstəqillik illərində bu vəziyyət bir qədər dəyişdi. Bunun üçün iki ölkə arasında elm, təhsil sahəsində əməkdaşlıq müqavilələri (burada təhsil haqqı, diplomların tanınması məsələsi və s.) lazımdır ki, işlər rəsmi zəmində həll olunsun. Hazırda təmsil olunduğum AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu dünyanın bir çox ölkələri ilə belə müqavilələri imzalayıb. Özbəkistan Respublikası haqqında da bu fikri söyləyə bilərəm. İnstitutda ayrıca Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi yaradılıb. Şöbənin nəzdində “Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi” var. Bu şöbədə ədəbiyyatlarımızı qarşılıqlı öyrənməklə, tədqiq etməklə yanaşı, kitablar da yazılır, yeni kadrlar hazırlanır. İlk dəfə “Azərbaycanca-özbəkcə” (23 min söz) lüğətini yazdıq, Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur, Maqsud Şeyxzadə və başqa məşhur ədəbi simaların yubileylərini keçirdik. Özbəkistanın bir çox institutlarına mühazirələr, ustad dərsi keçmək üçün dəvətlər alırıq. Bunlar, əlbəttə, böyük missiyadır. Belə bir işlərin nəticəsi olaraq, Beynəlxalq Türk Akademiyası AMEA-nın vitse-prezidenti, institutumuzun direktoru akademik İsa Həbibbəyli “Əlişir Nəvai” qızıl medalı ilə təltif olundu.

Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başladığı dövrdən indiyə qədər xeyli işlər görərək, iki xalq arasındakı ənənəvi ədəbi əlaqələr kontekstində yüksək nəticələr əldə edib və etməkdədir. Şöbənin fəaliyyəti illərində xeyli sayda kitablar nəşr etdirmişik: “Özbək ədəbiyyatı (ədəbi portret cizgiləri, araşdırmalar, müsahibələr, 2016)”, “Özbək ədəbiyyatı və Azərbaycan (tədqiqatlar, ədəbi portretlər, söhbətlər”, özbəkcə, 2016)”, “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun və türk dünyası” (2017), professor M.Fuad Köprülü. “Əlişir Nəvai (risalə, 2017), “Zahirəddin Məhəmməd Babur və Azərbaycan”, “Zahirəddin Məhəmməd Babur və XVI əsr özbək ədəbiyyatı: Ə.Nəvai adına Dövlət Ədəbiyyatı Muzeyi ekspozisiyası əsasında qısa məlumat kitabı” (2017), “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət” (25 min söz), “İki xalqın oğlu – Maqsud Şeyxzadə”, “Jalil Mammadqulizoda. Pochta kutisi” (Ozarboyjonchadan Usmon Qо´chqo´r tarjimasi) // g´oya va so´zboshi muallifi: Ak.Iso Habibbeyli, “Əlişir Nəvai. Hikmətli sözlər - Hikmatli so‘zlar” (Azərbaycan və özbək dillərində), İsa Həbibbəyli 70 yaşına ithaf olunmuş “Ustoz”, “Şərq təzkirəçilik tarixindən”, “Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” memuarı (özbək və Azərbaycan dillərində (2019), “Ə.Nəvainin əsri və nəsri” (elmi-filoloji və dini-təsəvvüfi əsərləri) monoqrafiyası (“Sənətkarın elmi pasportu” seriyası-11) // ön söz: akademik İsa Həbibbəyli), “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” (2021), “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” (2022) “Heç demirsən, Ələsgərim hardadır?” (2022).

Şöbə əməkdaşlarının birgə zəhməti sayəsində 2020-ci ildəki Vətən müharibəsi Zəfərimizin qəhrəmanlarına həsr olunmuş “Vətən simurqları” kitabını hazırlayıb nəşrə təqdim etdik.

Müxtəlif illərdə şöbənin təşkilatçılığı ilə bir sıra beynəlxalq konfrans və təqdimatlar keçirilib: “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” (2016), “Səməd Vurğun və ədəbi türk dünyası” (2017), “Camal Kamal və Azərbaycan ədəbiyyatı” (2017), “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” (2018), “Maqsud Şeyxzadə Azərbaycan və özbək xalqının görkəmli oğlu” (2018), “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət” (25 min söz) (təqdimat, 2019), “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” (2020), “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” (2021), “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” (2021), “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” (2021).

İnstitutumuz Özbəkistanın bir neçə ali təhsil ocağı ilə əməkdaşlıq memorandumunun imzalanmasına vəsilə olub. Əməkdaşlarımız Özbəkistanın bir çox universitetlərində “Azərbaycan-özbək ədəbi əlaqələri”, “Əlişir Nəvai və Azərbaycan”, “Əlişir Nəvai” mövzularında mühazirələr oxuyublar.

Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının 2020-ci il birinci sayı “Xüsusi buraxılış” olaraq Azərbaycan-özbək elmi-ədəbi əlaqələrinə həsr olunub (elmi jurnalları tarixində ilk dəfə). Jurnalda Azərbaycan-özbək ədəbi-elmi əlaqələr tarixinə nəzər salınıb, hər iki xalqın qədim zamanlara söykənən dostluq-qardaşlıq əlaqələri təhlil edilib. Nəşrdə özbək ədəbiyyatının ayrı-ayrı ədəbi simaları, ictimai xadimləri haqqında yazılmış məqalələrə yer verilib. Bu tədqiqatlarda Azərbaycanın tanınmış alimləri özbək elmi-ədəbi mühitini, iki xalq arasında mövcud olan ədəbi əlaqələri təqdim ediblər. “Xüsusi buraxılış”da “Ustad Əlişir Nəvai və Babur”, “Müqayisəli ədəbiyyatşünaslıq – ədəbi əlaqələr”, “Əmir Teymur ədəbiyyatda”, “Yeni özbək ədəbiyyatı: Azərbaycandan baxış”, “Ədəbiyyatşünaslıq” və “Bədii tərcümə məsələləri” adlı bölmələrdə ümumilikdə 44 məqalə və “Qardaşlıq duyğuları” bölməsində “Azərbaycandan salam” və “Özbəkistandan baxanda” yarımbaşlıqlarda Azərbaycan və özbək şairlərinin şeirləri çap olunub. Sonda isə “Fotolarda yaşayan qardaşlıq və əməkdaşlıq” başlığı ilə Azərbaycan-özbək ədəbi əlaqələri əyani şəkildə fotolar (28 səhifədə 55 foto) vasitəsilə təqdim edilib.

Özbəkistan Respublikasının müxtəlif ali məktəblərində, Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunda alimlik dərəcələri üzrə müdafiə edən onlarla kadra 100-dən çox rəylər hazırlanıb göndərilir. Əfqanıstana (Kabul, Məzari-Şərif və Herat şəhərlərinə) gedərək “Əlişir Nəvai-570” və “Əlişir Nəvai-575” beynəlxalq konfranslarında məruzələr etmişəm.

Əməkdaşlığımızın nəticəsi olaraq 2017-ci ildə Özbəkistanda fəaliyyət göstərən Beynəlxalq Babur Fondunun Azərbaycan bölməsi yaradıldı. 2020-ci il 17 fevral tarixində şöbənin nəzdində “Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi” açıldı. 2020-ci ildə akademik İsa Həbibbəyli Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin fəxri professoru seçilib. Mən isə 2019-cu ildə həmin universitetin, eləcə də Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun və Zahirəddin Məhəmməd Babur adına Əndican Dövlət Universitetinin fəxri professoru adına layiq görülmüşəm.

Şöbədə tez-tez iki qardaş xalqın ədəbiyyatlarının müqayisəsinə həsr olunmuş maraqlı diskussiya və seminarlar keçirilir, tanınmış alimlər bu tədbirlərə dəvət olunur.

Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi 2022-ci ildə də böyük və yeni layihələrlə elmi-tədqiqat fəaliyyətinə davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb