İDMAN


Azərbaycan paracüdoçuları üçün antidopinq mövzusunda maarifləndirici təlim təşkil olunub

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycanın oğlanlardan və qızlardan ibarət cüdo üzrə Paralimpiya yığma komandaları üçün antidopinq mövzusunda maarifləndirici təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ofisində baş tutan tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təlimlər üzrə meneceri Lalə Hacıyeva idmançıları dopinqlə bağlı maarifləndirib.

İdmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan edilmiş maddələr və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Daha sonra AMADA-nın əməkdaşları AMPK-nın prezidenti İlqar Rəhimov ilə görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.