İDMAN


Azərbaycan parakarateçiləri Avropa çempionatını 3 medalla başa vurublar

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan parakarateçiləri Türkiyənin Qaziantep şəhərində keçirilən böyüklər arasında 57-ci Avropa çempionatında 2 qızıl və 1 gümüş medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, komandamızın üzvləri Emilia Mitilinova görmə məhdudiyyətlilər arasında, Eldar Əhmədov isə əlil arabası istifadəçiləri arasında Avropa çempionatının qızıl medalına sahib olublar.

Görmə məhdudiyyətli idmançılar arasında iştirak edən komandamızın digər üzvü Nihat Məmmədzadə isə yarışın gümüş medalına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.