İDMAN
Azərbaycan paralimpiyaçıları paraşütlə tullanma üzrə beynəlxalq turnirdə iştirak edib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan paralimpiyaçıları Belarusun paytaxtı Minskdə paraşütlə tullanma idman növü üzrə beynəlxalq turnirdə iştirak ediblər.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, yarışa 8 ölkədən 24 idmançı qatılıb. Turnirin nəticəsinə görə, idmançılarımızdan Vüsalə Kərimova 14-cü, Babayeva Kəmalə isə 19-cu yerə layiq görülüblər.
İdmançılarımız sentyabrın 19-da vətənə dönəcəklər.
Qeyd edək ki, sentyabrın 14-də Minskdə əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatında Vüsalə Kərimova və Fərid Mehdiyev Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempionatın qızıl medallarını qazanıblar.
Məlumat üçün bildirək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşütlə tullanma idman növünün dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşıb. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşütlə tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]