SİYASƏT


Azərbaycan parlamenti ölkədə hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.

Müzakirələrdən sonra ölkədə hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.