Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan parlamentində bir sıra görüşlər olub

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Brüssel-Paytaxt Regionu Parlamentinin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Valeh Ələsgərov Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdə həyata keçirilən islahatlardan geniş söz açıb.

Milli Məclis sədrinin müavini deyib ki, Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşları Avropa İttifaqı ölkələridir. Bu gün Azərbaycanda yüzlərlə Avropa şirkəti çalışır, iqtisadiyyatımızın inkişafına öz töhfələrini verir. Əfsuslar olsun ki, Belçika ilə Azərbaycan arasında iqtisadi əlaqələr istənilən səviyyədə deyil. Ancaq ölkəmizdə iyirmiyə yaxın Belçika şirkəti daimi olaraq fəaliyyət göstərir.

Azərbaycanın bərabərhüquqlu tərəfdaş kimi hər bir ölkə ilə əməkdaşlığa hazır olduğunu söyləyən V.Ələsgərov qonaqlara ölkəmizin təşəbbüsü ilə həyata keçirilən iri enerji, nəqliyyat layihələri barədə məlumat verib.

Söhbət zamanı Milli Məclis sədrinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə də danışıb.

Valeh Ələsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib, Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfədən söhbət açıb.

Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkara Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından yaxşı platforma olduğunu deyib.

Parlamentin nümayəndələri Azərbaycanda olduqları müddətdə ölkəmizin tarixi, mədəniyyəti və müxtəlif sahədəki uğurları ilə yaxından tanış olduqlarını bildiriblər.

x x x

Həmin gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın Aydaho ştatının senatoru Mark Hagedorn ilə də görüşüb.

Valeh Ələsgərov Azərbaycan-ABŞ əlaqələrindən danışıb, bu əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb. O, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməsi üçün yaxşı imkanların olduğunu söyləyib. Bildirib ki, Azərbaycan üçün kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, turizmin inkişafı, müasir texnologiyalar əsasında qurulmuş istehsalın təşkili çox önəmlidir. Bu baxımdan, ABŞ-ın ayrı-ayrı ştatlarının təcrübəsini öyrənmək də ölkəmiz üçün faydalı olar.

Aydaho ştatında müasir texnologiyalar əsasında qurulmuş sənaye, tədqiqat müəssisələrinin fəaliyyətindən danışan V.Ələsgərov bildirib ki, bu ştat bu gün turizm məkanına çevrilib. Azərbaycanın turizmin inkişafına önəm verdiyini deyən sədr müavini Aydahonun bu sahədə də təcrübəsinin öyrənilməsinin faydalı ola biləcəyini qeyd edib.

Senator Mark Hagedorn Azərbaycanın neft və qaz sahəsində həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduqlarını bildirərək deyib: “Ölkənizin bu sahədəki təcrübəsi bizim üçün də maraqlıdır. Bu yaxınlarda Aydaho ştatında neft və qaz ehtiyatları kəşf edilib. Bu, bizim üçün çox böyük bir hadisədir. Amma bilmirik ki, neft və qaz ehtiyatlarından necə istifadə edək. Ona görə də bu sahədə Azərbaycanın təcrübəsindən bəhrələnəcəyik. Azərbaycanın təcrübəsi bizim üçün çox önəmlidir”.

Senator Azərbaycanın böyük mədəniyyətlərin, adət-ənənələrin məhək daşı olduğunu vurğulayıb. O deyib ki, ABŞ Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir, xüsusilə də iqtisadi əlaqələrin gücləndirilməsi vacib və əhəmiyyətlidir.

x x x

Mayın 4-də Brüssel-Paytaxt Regionu Parlamenti nümayəndə heyətinin Milli Məclisdə daha bir görüşü beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ilə olub.

Sevinc Fətəliyeva Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə danışıb. O, həmçinin ölkəmizdə hökm sürən multikultural, tolerant mühit barədə məlumat verib,

2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan S.Fətəliyeva bildirib ki, ölkəmiz bu problemin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem indiyədək həllini tapmayıb. O, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, ölkəmizin bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini diqqətə çatdırıb.

Komitə sədrinin müavini bu gün beynəlxalq münasibətlərdə ikili standartların artıq normaya çevrildiyini bildirib, bunun qəbuledilməz olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan sağlam, bərabərhüquqlu əməkdaşlığı qəbul edən bir dövlətdir.

Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkara IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirib. O, bu səfərin, eyni zamanda, Azərbaycan xalqı və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdığını qeyd edib. Xalqlar arasında düzgün münasibətlərin formalaşmasında parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY