Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan parlamentinin 100 ili: müstəqil dövlətçiliyin əvəzedilməz dayağı

Azərbaycan parlamentinin 100 ili: müstəqil dövlətçiliyin əvəzedilməz dayağı

Bakı, 26 sentyabr, AZƏRTAC

“newtimes.az” portalında “Azərbaycan parlamentinin 100 ili: müstəqil dövlətçiliyin əvəzedilməz dayağı” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Milli Məclis özünün yubileyini qeyd etdi. Azərbaycan müsəlman Şərqində ilk dəfə olaraq bir əsr bundan öncə demokratik parlament yarada bildi. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, parlament bir sıra demokratik qanunlar qəbul edə bildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqil dövlətin atributlarını məhz həmin dövrdəki parlament qəbul edib. Azərbaycanın gerbi, bayrağı, bayraqdakı rənglərin mənası 100 il bundan öncənin bizə verilən qiymətli əmanətləridir. Çox yaxşı ki, indi müstəqil dövlətçiliyimiz əmin əllərdədir. Ölkə rəhbərliyi öz səmərəli və milli maraqlara tam uyğun olan siyasəti ilə Azərbaycanın suverenliyini qoruyur və inkişaf etdirir. Milli Məclisin 100 illik yubileyinə həsr edilmiş təntənəli iclasda Prezident İlham Əliyevin söylədiyi nitq olduqca dərin və əhatəli olub. Yuxarıda vurğulanan məqamlar kontekstində həmin nitqin bir sıra məqamları üzərində geniş dayanmağı lazım bildik.

Möhtəşəm qanunvericilik tarixi: Ulu Öndərin uzaqgörənliyi

Parlament hər bir demokratik müstəqil dövlətin simasıdır. Qanunvericilik prosesi müstəqil dövlətçilik aspektində son dərəcə böyük əhəmiyyət kəsb edir. İndi beynəlxalq aləmdə parlamentlərin fəaliyyəti diqqət mərkəzindədir. Azərbaycan parlamentinin 100 illiyi tamam olur. Keçən əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yarandı. Onun parlamenti də həmin dövrdə formalaşdırıldı. Bu parlament qısa müddət ərzində demokratiklik baxımından çox mühüm qanunlar qəbul etdi. Azərbaycanlılar haqlı olaraq Şərqdə ilk demokratik parlament yaratmaları ilə fəxr edə bilərlər.

Azərbaycan parlamentinin tarixi rolunun başqa vacib bir aspekti bütövlükdə Cənubi Qafqaz regionuna qanun qəbulunda demokratik ruh gətirməkdən ibarətdir. Yəni, bu parlamentin formalaşması yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Geniş geosiyasi məkanda demokratik qaydalara uyğun işləyə bilən parlamentin yaradılması baxımından əhəmiyyətli bir təcrübə idi.

Azərbaycan parlamenti milli demokratik və hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edir. Prezident İlham Əliyev Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Milli Məclisdə keçirilən iclasda bununla bağlı ifadə edib: “Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bir çox qanunlar qəbul edilib. Demək olar ki, bu qanunlar həyatımızın bütün sahələrini əhatə edir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir" (bax: Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib / AZƏRTAC, 21 sentyabr 2018).

Milli Məclis ölkənin müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynayır. Məsələ ondan ibarətdir ki, müasir tarixi mərhələdə hüquqi dövlətin qurulması birinci dərəcəli vəzifədir. Yalnız hüququn aliliyinin təmin olunduğu yerdə demokratiyadan danışmaq olar. Ancaq hər bir ölkənin özünəməxsus təkamül tarixi vardır. Qanunvericilikdə bu məqam mütləq nəzərə alınmalıdır. Əks halda, ən demokratik qanun belə yerli şəraitlə ziddiyyət təşkil edirsə, cəmiyyətdə müxtəlif fəsadlara yol aça bilər.

Azərbaycan parlamenti məhz bu məqama xüsusi diqqət yetirərək fəaliyyət göstərir. Şübhəsiz ki, parlamentin işinin düzgün qurulmasında ulu öndər Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Prezident İlham Əliyev məhz bu məqamı nəzərə alaraq, nitqində ayrıca vurğulayıb: “Bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi” (bax: əvvəlki mənbəyə).

Heydər Əliyev müasir tələblərə cavab verəcək qanunvericilik bazasının yaradılmasını parlamentarilər qarşısında mühüm bir vəzifə kimi qoymuşdu. Ulu Öndər çox gözəl bilirdi ki, hüquqi dövlət zəruridir, ölkə ancaq qanunlarla idarə olunmalıdır. Təcrübə Ümummilli Liderin tam haqlı olduğunu göstərdi. Azərbaycan məhz qəbul etdiyi qanunlara əsaslanaraq daxili və xarici siyasət kursunu çağdaş dövrün tələbləri səviyyəsində qura bildi və dövlətçiliyi daimi inkişaf etdirir.

100-cü il: uğurlar davam edir...

Onu da vurğulayaq ki, bu gün Azərbaycan parlamentində müşahidə edilən mövqe birliyinin yaranmasında Heydər Əliyevin və sonrakı mərhələdə Prezident İlham Əliyevin böyük rolu vardır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Milli Məclisdə tez-tez qanunvericilərə yaraşmayan hərəkətlər olurdu, deputatların demokratik müzakirə səviyyəsi lazımi dərəcədə deyildi. Ancaq Heydər Əliyev parlamentə sədr seçiləndən sonra vəziyyət kəskin surətdə dəyişdi. Qarşılıqlı hörmətə əsaslanan müzakirələr üstünlük təşkil etdi. İndi Milli Məclisdə müxtəlif partiyaların təmsilçiləri fəaliyyət göstərirlər. Lakin onlar milli məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu birliyi Heydər Əliyevin əsasını qoyduğu siyasət yaratdı.

Prezident İlham Əliyevin aşağıdakı fikirləri bu baxımdan çox maraqlı və dolğundur: “Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır. Parlamentdə bir çox partiyanın nümayəndələri fəaliyyət göstərir və əlbəttə ki, onların müxtəlif məsələlərə fərqli baxışları var. Ancaq mən çox şadam ki, milli maraqlarla bağlı məsələlərdə bizim deputatlar bir nöqtəyə vurur və vətənpərvərlik göstərərək Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edirlər. Parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır” (bax: əvvəlki mənbəyə).

Bəli, parlament diplomatiyasının bugünkü yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin də böyük rolu danılmazdır. İlham Əliyev AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı kimi olduqca böyük fəallıq göstərdi. Qısa müddətdə Azərbaycanın maraqlarına cavab verən mühüm sənədlər qəbul edildi. Bu aktivlik, ümumiyyətlə, azərbaycanlı deputatlara nümunə oldu və onlar indi olduqca fəaldırlar. Cənab İlham Əliyevin də vurğuladığı kimi, deputatlarımız Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə fəal müdafiə edirlər.

Prezident İlham Əliyev fikrini inkişaf etdirərək deyib ki, Azərbaycan deputatları beynəlxalq təşkilatlarda fəal iş aparırlar. Bunu dövlət başçısı da, xalq da yüksək qiymətləndirir. Həmin sırada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bununla yanaşı, “Azərbaycan deputatları bir çox parlamentlərarası assambleyalarda ölkəmizdə gedən proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini çatdırır, lazım olan vaxtda Azərbaycanı çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız ittihamlar hansısa qərarlara gətirib çıxarsın” (bax: əvvəlki mənbəyə).

Təbii ki, Azərbaycan deputatlarının fəaliyyətində Dağlıq Qarabağ münaqişəsi, ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti haqqında həqiqətləri dünya birliyinə çatdırmaq böyük yer tutur. Bu istiqamətdə parlamentimiz böyük uğurlara nail olub. Bu proses davam edəcək. Dövlət başçısı inamını ifadə edib ki, “Azərbaycan parlamenti bundan sonra da həm ölkə daxilində gedən proseslərin sürətləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə öz müsbət töhfəsini verəcəkdir” (bax: əvvəlki mənbəyə).

Bütün bu məqamlar prizmasından Azərbaycan parlamentinin keçdiyi 100 illik yola nəzər salanda, ciddi uğurlara imza atıldığına bir daha əmin oluruq. 1920-ci ildən 1991-ci ilə qədər müstəqilliyimizi itirməyimizə baxmayaraq, Azərbaycanda yüksək parlamentar fəaliyyət mədəniyyəti formalaşıb. İndi müstəqil dövlətimizin parlamenti bütün gücü ilə xalqa və dövlətçiliyə xidmət edir. Əlbəttə, bu, tarixi nailiyyətdir, qiymətli sərvətdir. Ölkə rəhbərliyi daim Milli Məclisə böyük qayğı ilə yanaşıb, onun səmərəli işləməsi və milli maraqlara cavab verən qanunlar hazırlaması üçün ciddi addımlar atıb. Bu istiqamətdə ölkə rəhbərliyinin bundan sonra da qətiyyətli addımlar atacağına şübhə yoxdur.

Azərbaycan xalqı bu gün öz parlamentinin 100 illiyini qeyd edir. Onun bəhrələrini əyani surətdə görür. Müstəqil dövlətçilik yolunda parlamentsiz irəliləməyin mümkün olmadığına hər kəs inanır. Bu səbəbdən heç kəsin şübhəsi olmasın ki, müstəqil parlamentin dayağı Azərbaycan xalqıdır! Cənab Prezidentin liderliyi ilə xalq və hakimiyyət öz parlamentini həmişə qoruyacaq və inkişaf etdirəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik