Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan pavilyonu “Dubay Ekspo 2020” sərgisinin ən çox ziyarət edilən pavilyonları sırasındadır

Dubay, 19 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Ekspo 2020” ümumdünya sərgisi oktyabrın 1-dən fəaliyyətə başlayıb. Qeyd edək ki, 190 ölkənin təmsil olunduğu “Dubay Ekspo 2020” ümumdünya sərgisi 2022-ci il martın 31-ə qədər davam edəcək. Ərazi baxımından “Dubay Ekspo 2020” bu günə qədər təşkil olunan ən böyük ekspo tədbiridir. Ümumilikdə, 400 hektardan çox ərazisi olan sərgi tematik olaraq 3 hissəyə bölünür: davamlılıq, mobillik və imkan.

Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir və pavilyonumuz sərginin davamlılıq hissəsində yerləşir. "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Həmçinin burada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.

Landşaftı Azərbaycan və digər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri ilə bəzədilən milli pavilyona “Ekspo 2020” ümumdünya sərgisinin iştirakçıları böyük maraq göstərirlər.

Milli pavilyonumuzu ziyarət edən suriyalı filosof Xaled Hassan AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Dubay Ekspo 2020“dəki Azərbaycan pavilyonunu ziyarət edərkən gördüm ki, ölkə yeni erada yeni hədəflərə doğru inamla irəliləyir. Yaxın Şərq və Qafqaz regionu barədə geniş məlumata malik olan insan kimi deyə bilərəm ki, bu coğrafiyada belə tərəqqiyə nail olmuş çox az ölkə var. Düşünürəm ki, bunun əsas səbəbi Azərbaycanda olan sabitlik və xalqınızın həmrəyliyidir.

Pavilyonunuzda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim olunur. Bu, həm çox maraqlıdır, həm də gözəl ölkəniz barədə ətraflı məlumat almaq imkanı yaradır. Pavilyonun mövzusu da maraqlıdır. Məhz sabitlik və inkişaf şəraitində yaşayan ölkələrdə insanlar gələcəyə inamla baxırlar. Azərbaycan xalçaları gözəldir və naxışları Şərqin mədəni irsinin sintezidir. Bakıda olmasam da, interaktiv videoçarxda paytaxtınızın gözəl mənzərələrini seyr etdim, həmçinin mədəniyyətiniz və müasir inkişafınız haqqında müfəssəl məlumat aldım. Demək istəyirəm ki, pavilyonun təşkilatçıları məqsədlərinə nail olublar. Buraya gələn insanlar Azərbaycana səfər etməyi, bütün bu gözəllikləri görməyi arzu edirlər. Azərbaycan pavilyonuna insanlar böyük maraq göstərirlər”.

“Dubay Ekspo 2020” ümumdünya sərgisində, həmçinin Azərbaycan mədəniyyətinə və tarixinə aid ekspozisiya, heykəltəraş Elvin Nəbizadənin "Kövrək saz" instalyasiyası, Leyla Əliyevanın “Ürək” heykəltaraşlıq əsəri, Faiq Əhmədin xalça motivlərində instalyasiyası da təqdim edilir. Təbiətdən ilhamlanaraq yaradılan pavilyonun dizaynı və konsepsiyası özünəməxsusluğu ilə seçilir və eksponun ən çox ziyarət edilən pavilyonları arasındadır. Milli pavilyonda gün ərzində 10 mindən çox ziyarətçi olur. Sərgi çərçivəsində pavilyonun səhnəsində mütəmadi olaraq konsertlər və müxtəlif mədəni proqramlar təşkil edilir, ziyarətçilərə Azərbaycanın tarixi və bugünkü həyatını yaxından izləmək imkanları yaradılır.

Sərginin Kanadadan olan ziyarətçisi Metyu Henkok bildirib ki, “Ekspo Dubay 2020”dəki Azərbaycan pavilyonu ölkənin müxtəlif sahələrdə yüksək inkişafını əks etdirir. Kanadada Bakını neft şəhəri kimi tanıyırlar, lakin bu gün burada gördüklərimə əsasən deyə bilərəm ki, paytaxtınız möhtəşəm olmaqla yanaşı, yüksək texnoloji inkişaf mərhələsindədir. Mən Azərbaycan xalçalarına valeh oldum. Rəsmlər, milli geyimləriniz, gözəl tərtibat da xoşuma gəldi. Kanadada bir şirkətdə texnologiya mühəndisi olaraq çalışıram. Deməliyəm ki, Azərbaycan pavilyonu texnoloji tərtibatına görə ən inkişaf etmiş ölkələrin pavilyonları ilə rəqabət apara bilər. Hiss olunur ki, sizin ölkənizdə neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində mühüm işlər görülür. “Gələcəyin toxumları” mövzusu da çox uğurludur. Çünki hər bir ölkənin gələcəyi gənclərə yaradılan şəraitdən asılıdır. İnteraktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar da məndə böyük təəssürat yaratdı. Pavilyonun təşkilatçılarına uğurlar arzulayıram”.

Azərbaycan pavilyonunun “Dubay Ekspo 2020” ümumdünya sərgisində tərtibatı, texnoloji təchizatı və ideyasına görə ən yaxşılar sırasında yer aldığını söyləyən filippinli modelyer Mika Medinas deyib: “Pavilyonda Azərbaycan ilə bağlı geniş məlumat almaq mümkündür. Monitorda paytaxt Bakının gözəlliyi və Azərbaycanın füsunkar təbiəti barədə videolar məndə böyük təəssürat yaratdı.

Mən pandemiyadan əvvəl Bakıda olmuşam. Bu gün sərgidə həmin səyahətin xoş anlarını yenidən yaşadım. Burada mənə qədim Azərbaycan xalçalarının toxunulma texnologiyasını izah etdilər. Həmçinin Azərbaycanın incisi Şuşanın ötən il işğaldan azad edilməsi barədə məlumat aldım və bu qədim şəhərin təbiətini videoformatda seyr etdim. Təəssüf ki, müharibə nəticəsində dağıntıları da gördüm. Dünən “Ekspo Dubay 2020”də Azərbaycan Milli Günü ilə bağlı keçirilən tədbirlər də möhtəşəm idi. Mən o qədər xoş təəssürat aldım ki, yaxın vaxtlarda ölkənizə yenidən səfər etmək qərarına gəldim. Azərbaycan xalqına rifah, sülh və əmin-amanlıq arzulayıram”.

Sərginin Hindistandan olan ziyarətçisi Dineş Mohan dünən “Dubay Ekspo 2020”də Azərbaycan Milli Günü çərçivəsində keçirilən tədbirlərdə iştirak etdiyini və bu tədbirlərin dünyanın ən gözəl şəhərlərindən biri olan Dubaya xüsusi xoş ovqat qatdığını söyləyib. O deyib: Bu gün də Azərbaycan pavilyonunu ziyarət etdim. Xalqınızın böyük mədəniyyəti, qədim tarixi, zəngin irsi, ölkənizin ecazkar təbiəti məni valeh etdi. Bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirliklərində çoxlu sayda hindistanlı yaşayır. Soydaşlarıma da Azərbaycan pavilyonunu ziyarət etməyi tövsiyə etdim. Özüm iş adamıyam və yaxın vaxtlarda Azərbaycana səyahət etməyi planlaşdırıram. Bu cür möhtəşəm pavilyonu tərtib edən mütəxəssislərə, dostlarımıza xüsusi təşəkkürümü bildirirəm”.

Sloveniyalı Neyç Lovriç də Azərbaycan pavilyonu ilə tanışlığın onda xoş təəssürat oyatdığını bildirərək deyib: “Mən “Dubay Ekspo 2020”də Azərbaycan Milli Günü çərçivəsində keçirilən tədbirləri çox bəyəndim. Çox rəngarəng, möhtəşəm tədbir oldu. Bu gün isə Azərbaycan pavilyonunu yenidən ziyarət etdim. İnteraktiv elektron vasitələrdən aldığım məlumatlar da faydalı oldu. Çünki mən universitet müəllimiyəm və Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası haqqında yeni biliklər dünyagörüşümü zənginləşdirdi. Qərara aldım ki, ilk fürsətdə Azərbaycana səyahət edim və bütün bu gözəllikləri öz gözlərimlə görüm”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb