CƏMİYYƏT


Azərbaycan paytaxtında ilk dəfə piknik festivalı keçirilir

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də və 28-də saat 18:30-dan 21:00-dək Böyükşor parkında ASAN Könüllüləri Məktəbinin təşkilatçılığı və “Yaşıl ASAN”, Azərbaycan Yelkənli İdman Federasiyası , “Təmiz şəhər” QSC, “Coca Cola”, “Sevimli Bala” klubu, “Amapola Exclusive Events”in təşəbbüsü ilə Bakı Piknik Festivalı keçirilir.

Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində “Optimist” və “Lazer” qayıqları nümayiş etdiriləcək, uşaqlara dənizçi düyününün bağlanması və qayıqların idarə edilməsi əyani şəkildə göstəriləcək.

Festivalda “Sevimli bala” klubu tərəfindən uşaq əyləncə guşəsi də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.