Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Bakı Konqres Mərkəzində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri, ictimai-siyasi xadimlər, respublikanın bütün regionlarından nümayəndələr iştirak ediblər.

Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Forumda Azərbaycanda qadın hərəkatına dair film nümayiş etdirilib.

Tədbirin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda gender bərbərliyinin təmin edilməsi üçün önəmli addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət yetirilir.

Hicran Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara verdiyi hüquqlardan danışıb. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi müasir müstəqil Azərbaycanda demokratik dövlət quruculuğu daha da inkişaf etdirilir. Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını qoruyub saxlayıb. Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb.

Qadınlarımız müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunur, ölkəmizin maraqlarını müdafiə edirlər. Alim qadınlarımız dünya elminə töhfələr verirlər. Beynəlxalq təşkilatlar Azərbaycanda gender bərabərliyini xüsusi qeyd edirlər.

Komitə sədri diqqətə çatdırıb ki, əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər olsa da, hazırda iqtisadiyyat, idarəetmə, texniki ixtisas qrupları üzrə təhsil alan qızlarımızın və bu sahədə elmlə məşğul olan qadınlarımızın sayı artır.

Münaqişələr zamanı qadınların daha çox əziyyət çəkdiyini qeyd edən Hicran Hüseynova Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığını diqqətə çatdırıb.

Baş nazirin müavini Əli Əhmədov 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin təsadüfi olmadığını deyərək, bunun Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin dövlətçilik tariximizə dərin hörmət və ehtiramının təzahürü olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Cümhuriyyətin qadınlara seçmək və seçilmək hüququnu verməsi təkcə müsəlman və Şərq cəmiyyətləri üçün əhəmiyyətli olmayıb. Çünki o zaman hətta özünü demokratiyanın beşiyi elan edən və sözün həqiqi mənasında, müasir demokratiyanın əsaslarını yaradan cəmiyyətlər qadınların seçmək və seçilmək hüququnu tanımaq istiqamətində addım atmamışdılar.

Müasir müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi kimi onun ənənələrini davam etdirdiyini deyən Baş nazirin müavini qadınların cəmiyyət həyatında fəallığını genişləndirmək məqsədilə qarşıya qoyulan vəzifələrdən də danışıb. Qeyd edib ki, Azərbaycan cəmiyyətinin inkişafına qadınlar xüsusi töhfələrini verirlər. Bir çox sahələr, məsələn səhiyyə, təhsil sahələrində qadınların iştirak payı kişilərdən çoxdur. Eləcə də bir sıra ixtisaslar üzrə təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bu da Azərbaycanda qadın hərəkatının nə qədər geniş inkişaf etdiyini bir daha təsdiqləyir. Əli Əhmədov qeyd edib ki, bütövlükdə idarəçilik sahəsində çalışan qadınlarımızın fəaliyyətinin genişləndirilməsi qarşıda duran vəzifələrdəndir.

Milli Məclisin sədr müavini Bahar Muradova tariximizə nəzər salaraq müsəlman Şərqində qadınlara ilk dəfə seçib-seçilmək hüququnun məhz Azərbaycanda verilməsinin qürur hissi doğurduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mövcud olsa da, bütün vətəndaşlara azadlığın nə demək olduğunu anladıb, qadınların ictimai-siyasi həyatda fəal iştirakı üçün onları hüquqlarla təmin edib. Bahar Muradova Cümhuriyyətin varisi olan müasir Azərbaycan dövlətinin qadınların ictimai-siyasi həyatda təmsilçiliyinin artması istiqamətində lazımi tədbirlər gördüyünü bildirib. “Biz Cümhuriyyət qurucularının məğrur davamçılarıyıq. Bizim məğrurluğumuz Cümhuriyyət qurucularının fədakarlığından, müsəlman Şərqində ilk demokratik Cümhuriyyət qurmaq bacarığımızdan qaynaqlanır”, - deyən Bahar Muradova Azərbaycan qadınının 100 il ərzində qazandığı uğurlardan danışıb, eyni zamanda, yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin əldə etdiyimiz nailiyyətlərimizi qorumağa imkan vermədiyini diqqətə çatdırıb: “Azərbaycan qadınları ölkəmizin ərazi bütövlüyünün qorunması işinə də öz töhfələrini verirlər. Milli Qəhrəman adını almış Azərbaycan qadınları bu məsələdə də kişilərdən geri qalmadıqlarını sübut ediblər. Azərbaycan qadınları ölkəmizin ərazi bütövlüyünü qorumaqda canlarını qurban verməkdən belə çəkinmirlər. Qadın-kişi bərabərliyi budur”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıraraq, Cümhuriyyətin fəaliyyətinin ölkə tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. Gender bərabərliyinin BMT-nin hədəflərindən biri olduğunu qeyd edən Qulam İshaqzai Azərbaycanda bu sahədə nailiyyətlərdən danışıb.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson qadınlara seçki hüququnun verilməsinin cəmiyyətin dəyişməsinə səbəb olduğunu söyləyib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini təqdir etdiyini söyləyib.

BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramila Patten bildirib ki, Azərbaycan öz tarixi ilə fəxr edə bilər. O, qadınlara seçib-seçilmək hüququnun verilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, qadınların ölkənin həyatında iştirakı demokratiyanın təmin edilməsində əsas şərtlərdən biridir.

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova Azərbaycan qadınının milli dəyərlərimizin formalaşmasındakı rolundan danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizdə, xalqımızın milli dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Bu Forumun Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilməsi təsadüfi deyil. Tarixə nəzər salsaq görərik ki, məhz Azərbaycanda qadınlar ölkənin ictimai-siyasi həyatında iştirak etməyə imkan verən hüquqlarla təmin edilib, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilərək irqi, milli, dini, sinfi bərabərsizlik aradan qaldırılıb.

Sona Salmanova qeyd edib ki, zaman keçdikcə həyatımızın başqa sahələrində olduğu kimi, məhkəmə hakimiyyəti orqanlarında, vəkillik fəaliyyətinin həyata keçirilməsində, prokurorluq orqanlarında qadınların təmsil olunması və bu tendensiyanın yüksələn xətt üzrə inkişafı dövlətin qadınlara göstərdiyi yüksək etimadın nəticəsidir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ulu öndər Heydər Əliyevin Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini bildirib, muxtar respublikada qadınların dövlət qurumlarında təmsilçiliyindən bəhs edib.

Forum işini panel iclaslarla davam etdirib.

“Ekologiyada qadınlar və qida təhlükəsizliyi” mövzusunda panel iclasa BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak moderatorluq edib.

Bu paneldə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadənin “Davamlı ərzaq təhlükəsizliyinin təmin olunmasında qadınların rolu”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Umayra Tağıyevanın “Ekologiya və qadınlar”, “Coca-Cola” şirkətinin nümayəndəsi Rəna Məmmədovanın “Azərbaycanda “Coca-Cola” və ekologiya” mövzularında məruzələri dinlənilib.

Forumun “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik” mövzusunda panel iclasına BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramila Patten moderatorluq edib.

İclasda çıxış edən Ombudsman Elmira Süleymanova diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ ilə yanaşı, çoxlarına bəlli olmayan, bilavasitə qadın taleyi ilə bağlı olan qərarlar da verib. O, müasir müstəqil Azərbaycanda insan hüquqlarının təminindən, Ombudsman təsisatının fəaliyyətindən danışıb, gördüyü işləri diqqətə çatdırıb.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub. Məhz bu dövrdə milli qadın siyasəti dövlət statusu alıb. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva milli mətbuatımızın hər zaman - Cümhuriyyət dövründə və ondan əvvəl də xalqa xidmət etdiyini bildirib. Vurğulayıb ki, dünyada ikili standartlara əsaslanan yanaşmanın olduğu müasir dövrdə Azərbaycan bir sıra çətinliklərlə, o cümlədən əhalisinin bir milyondan çoxunun qaçqın və məcburi köçkün düşməsi, torpaqlarının 20 faizinin işğal edilməsi ilə qarşılaşıb. Bu məsələ təkcə Azərbaycanın deyil, dünya mediasının işıqlandırmalı olduğu məsələdir. Dünya mətbuatı bizim problemimizi tam işıqlandıra bilmir. Bu, xoşagəlməz haldır. Biz beynəlxalq insan haqlarını yaxşı mənimsəmiş jurnalistlər də yetişdirməliyik.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tarixən türk qadınının mənəvi, əxlaqi keyfiyyətləri ilə seçildiyini, milli mənəvi dəyərlərin yetişməsində fəal rol oynadığını deyib, təmsil etdiyi qurumun fəaliyyətindən söhbət açıb.

Panel iclasda, həmçinin Rusiya Federasiyası Dağıstan Respublikasının ailə, analıq və uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Marina Yezhova, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Həmkarlar İttifaqının sədri Larisa Jiqaltsova, Küveyt parlamentinin ilk qadın deputatı, Küveyt Universitetinin professoru Salva Al-Jassar təmsil etdikləri ölkələrin təcrübələrindən danışıblar.

Forumun “İqtisadiyyatda qadınlar: yeni imkanlar və çağırışlar” mövzusunda panel iclasında əvvəlcə Azərbaycanda qadın sahibkarların fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanın bu gün mövcud iqtisadi inkişafında qadınlarımızın önəmli rolu var. Azərbaycan qadınlarına potensiallarını reallaşdırmaq üçün hər cür şərait yaradılıb. Növbəti illərdə Azərbaycan iqtisadiyyatı daha sürətlə şaxələndiriləcək və bu işdə qadınların fəaliyyəti şübhəsizdir.

Panel iclasda BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə bürosunun gender məsələləri üzrə qrup rəhbəri Bharati Sadasivam “Kənd və rayon ərazilərində qadınların qərar qəbul etməkdə səlahiyyətlərinin artırılması və qadınların iqtisadi hüquqlarının təmin edilməsi”, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə “Dayanıqlı inkişaf və biliklər iqtisadiyyatı gender nəzəri-hüquqi paradiqmalarda”, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva “Qadınların iqtisadi imkan və bacarıqlarının artırılmasının sahibkarlığın inkişafına təsiri”, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova “Azərbaycan qadınlarının aparıcı şirkətlərdə rolu və onların innovativ inkişafda perspektivləri”, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin nümayəndəsi Turanə Qasımova “Qadın sahibkarlığının inkişafında son dövrlər mövcud olan problemlər və perspektivlər, yeni tendensiyalar” mövzularında çıxış ediblər.

“Qadınlar və İKT: reallıq və perspektivlər” mövzusunda panel iclas Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın moderatorluğu ilə keçib. O, əvvəlcə plenar iclas barədə məlumat verib. Bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində rolunun artırılmasına dəstək vermək məqsədilə bir sıra tədbirlər həyata keçirir. Rəqəmsal fərqliliyin aradan qaldırılması üçün ölkəmizdə müxtəlif tədbirlər təşkil olunur.

Panel iclasda Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Rəqəmsal bərabərsizliyin gender aspektləri”, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova “Qadınlar və sosial media: Çağırışlar və imkanlar” mövzularında məruzələrlə çıxış ediblər.

Fransız yazıçı və jurnalist Jan-Lui Quro İKT-də qadınların rolundan danışıb.

“Azərbaycanın 100 işgüzar xanımı” klubunun sədri Tatyana Mikayılova “İKT sahəsində qadınların irəli çəkilməsi və o cümlədən qadın və qızların müəllif kimi müvafiq təşəbbüslərin həyata keçirilməsinə stimullaşdırılması”, “Femmes Digitales” İKT Qadınlar Klubunun təsisçisi Səbinə Məmmədli “İKT-nin qadın sahibkarlığının inkişaf etdirilməsinə töhfəsi”, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova “İKT sahəsində qadın və qızların hüquq və imkanlarının genişləndirilməsi-Gələcəyin Təminatı” mövzularında çıxış ediblər.

Qeyd olunub ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə imkanına malik olan qadınlar və qızlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan asanlıqla istifadə edə bilərlər.

Daha sonra panellərin moderatorları - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakın, BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramila Pattenin, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın hesabatları dinlənilib.

Forumun yekununda qətnamə qəbul edilib. Qətnaməni Milli Məclisin elm və təhsil komitəsinin üzvü, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə səsləndirib.

Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib. Müraciəti Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva oxuyub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirə yekun vurub. O, Forumun təşkilində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qadınların bilik və bacarıqlarını, potensiallarını reallaşdırmaları üçün Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradıldığını diqqətə çatdıran Hicran Hüseynova qadınların özlərinin təşəbbüslə çıxış etmələrinin, hüquqlarının müdafiəsi ilə bağlı fəallıq göstərmələrinin vacibliyini vurğulayıb. Komitə sədri Forumda səsləndirilən ideyaların, irəli sürülən təkliflərin önəmini qeyd edib.

Forum bədii proqramla başa çatıb.

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu keçirilib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb