Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan qadınları döyüş meydanında

Azərbaycan qadınları döyüş meydanında

Bakı, 10 may, AZƏRTAC

İkinci Dünya müharibəsi illərində kişilərlə çiyin-çiyinə düşmən üzərinə addımlayan zərif cinsin nümayəndələrinin Qələbədə böyük payları var.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun tərcümə və informatika şöbəsinin müdiri Aynur Xubanovanın “Azərbaycan qadınları döyüş meydanında” məqaləsini təqdim edir.

Azərbaycan tarixi güclü, qüdrətli qadınlardan xali deyil. “Zərif məxluqlar” mübariz olduqlarını təkcə ailə adlı qalanın qorunmasında deyil, hərbi libas geyinib hər qarış Vətən torpağı uğrunda əllərinə silah alarkən də nümayiş etdiriblər. Onlar snayperdən atəş açır, kəşfiyyata gedir, təyyarədə uçurdular. Arxa cəbhədə də ərlərinin, oğullarının, qardaşlarının ağır əməyini əvəz etmək onların zərif çiyinlərinə düşmüşdü. Qoca tarixin qanlı səhifələrinin ortaya qoyduğu reallıq budur.

1941-45-ci illərdə Azərbaycan hərbi əməliyyatlar meydanından uzaq olsa da, Azərbaycan xalqı faşizm üzərində qələbəyə əvəzsiz töhfə verib. Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı mübarizəyə cəlb edilmişdi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız könüllü cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı, onların 30 mindən çoxu qadın idi. Azərbaycan qadınları 1941-1945-ci illər müharibəsində fədakarlıq nümunəsi göstərib ön cəbhədə düşmənə qənim, arxada vətənə dayaq olublar.

1941-ci ilin avqustunda Azərbaycanın qabaqcıl qadınları sovet ordusunun əsgərlərinə isti paltar toplanması üçün ölkənin bütün qadınlarına müraciət edirlər. Bu məqsədlə emalatxanalar təşkil edilir. Emalatxanalara əlcək və corab toxumaq üçün evdar qadınlar cəlb olunur. Oğlunu, qardaşını, həyat yoldaşını müharibəyə yola salan qız-gəlinlər bu emalatxanalarda gecə-gündüz işləyirdilər. Azərbaycan zəhmətkeşləri tərəfindən müharibə illərində cəbhəyə ümumi dəyəri 30 milyon rubldan çox, 1592 min ədəd - 125 vaqon müxtəlif geyim, isti paltar, fərdi kollektiv bağlama göndərilmişdi. Əlbəttə ki, bu işdə qadınlarımızın əməyi danılmazdır.

Respublikada 25 qadın hərbi qulluqçuların ailələrinə dövlət dəstəyi məsələləri ilə məşğul olurdu. Bakı Şurasında bu məsələ ilə əlaqədar yaradılmış daimi komissiya şairə Mirvari Dilbazi tərəfindən idarə olunurdu. Azərbaycan qadınının bu cür fədakarlığı cəbhənin ən vacib ehtiyacını ödəmişdir desək, yanılmarıq.

Müharibə illərində ziyalı qadınlarımız dayanmadan şərəflə işləyiblər. Azərbaycan alimlərindən konstruktor İsmət Mehdiyevanın, bioloq Dilşad Muğalinskayanın, həkim Sonaxanım Vəlixanovanın və başqalarının fəaliyyəti həm ön cəbhədə, həm də arxa cəbhədə böyük əhəmiyyət kəsb etmişdi. İzzət Orucovanın rəhbərlik etdiyi bir qrup kimyaçı mütəxəssis təyyarə, tank və digər maşınlar üçün müxtəlif yağların istehsalında səmərəli iş aparırdı.

İqtisad elmləri namizədi, dünyada iki qadın gəmi kapitanından biri Şövkət Səlimovanın 1941-45-ci illərdə gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdu.

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik Azərbaycan İkinci Dünya müharibəsi illərində iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı.

Böyük Vətən müharibəsi illərində Bakı neftayırma sənayesinin kollektivi cəbhəni neft məhsulları ilə fasiləsiz təchiz etmək üçün fədakarlıqla çalışırdı. Bu sahədə də qadın əməyi mühüm rol oynayırdı. Müharibə illərində, xüsusən də 1944-cü ildə evdar qadınların səfərbər olunması nəticəsində neft sənayesində qadınların sayı 2,5 dəfə artdı. Əgər 1941-ci ildə beş neftçıxarma trestində 325 qadın-qazmaçı, traktorçu və operator işləyirdisə, 1945-ci ilin birinci yarısında onların sayı 1040-a çatmışdı.

Azərbaycan qadınları və qızları arxa cəbhədə kişilərin gördüyü işlərin öhdəsindən gəldikləri kimi, ön cəbhədə də böyük rəşadət və qəhrəmanlıq göstəriblər. Arxa cəbhədə yer şumlayan, taxıl biçən qadınlarımız ön cəbhədə döyüş təyyarələrini, tankları idarə edib, pulemyotçu, topçu, avtomatçı, nişançı, tibb işçisi, rabitəçi olublar.

Smolensk vilayətində böyük və şərəfli döyüş yolu keçmiş “partizan həkimi” ləqəbli Aliyə Rüstəmbəyovanın fəaliyyəti dillər əzbəri olmuşdu. O, müharibənin ilk günlərindən cəbhə bölgələrində yerləşən tibb məntəqələrindən birində işə başlayır. Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət edir. 1942-ci ildə keçirilən döyüşlər zamanı mühasirəyə düşən Aliyə Smolensk vilayətində “Deduşka” partizan dəstəsinə qoşulur. O, burada dəfələrlə döyüşlərin ən qızğın çağlarında faşistlərin atəşləri altında həyatını təhlükəyə ataraq yaralı partizanlara tibbi yardım göstərib, 1942-ci ilin iyun ayında döyüşlər zamanı həlak olub.

“Səmalarda uçmaq məgər qadın işidir?” - Paraşütdən tullanmaq istəyini anasına deyəndə belə cavab almışdı Züleyxa Seyidməmmədova. Moskvanın Jukovski adına Hərbi Hava Akademiyasına təhsil almaq üçün məktub göndərir və “qadınlar şturman fakültəsinə qəbul edilmir” cavabını alır. O, SSRİ Müdafiə Xalq Komissarlığına müraciət edir və nəhayət, akademiyaya qəbul olunan ilk şturman-qadın kimi tarixə düşür. Müharibədə qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş bu qadın 500-dən çox döyüş uçuşu keçirir, Stalinqrada gedərkən Stalini öz hərbi təyyarəsi ilə müşayiət edir.

İkinci Dünya müharibəsində 129 alman əsgərini öldürən Azərbaycanın ilk nişançı qadını Ziba Qəniyevanın ən böyük arzusu aktrisa olmaq idi, lakin müharibə onun bütün planlarını alt-üst edir. O, müharibənin ilk günlərində könüllü cəbhəyə gedib, Şimal-Qərb cəbhəsində vuruşan 3-cü Moskva kommunist diviziyasında nişançı olaraq xidmət edir. 1941-ci ilin soyuq qışında 16 dəfə düşmən arxasına keçərək, 8 saat qarın üstündə uzanır və düşmən haqqında vacib məlumatları ötürür. Döyüşçü rəfiqəsi V.Qalanina xatirələrində yazır: “1942-ci ilin yazında bizim taborun hücumu başa çatdı, biz Zibayla bərabər müvəqqəti sakitlikdən istifadə edərək, məşq etmək qərarına gəldik. Mövqelərimizdən on metrlərlə aralıda hitlerçi əsgərlər səngərlərini möhkəmləndirirdilər. Onlar özlərinə çox arxayın davranırdılar. Biz mövqe seçərək məqsədimizi təyin etdik. Bərabər atəş açdıq və iki faşist eyni anda öldürüldü”.

Tibb bacısı Əsmər Həsənova Sevastopol müdafiəçilərinin ən yaxın köməkçisi olub. O, qanlı döyüş meydanında onlarca yaralı döyüşçünü ölümdən xilas edib. Əsmər Həsənova öz döyüş rəfiqəsi Keto Xomeriki ilə 25 nəfər yaralı əsgəri bir mağarada gizlədərək iki həftədən artıq onların qayğısına qalmışdı. Sevastopolda vəziyyət gərginləşərkən Əsmər Həsənova sualtı qayıqda Tuapseyə göndərilən 50 nəfər ağır yaralı əsgər və zabiti müşayiət etmiş, onlara tibbi yardım göstərmişdi.

1942-ci ilin iyulunda Azərbaycan komsomol təşkilatının göstərişi ilə Stalinqrada gələn azərbaycanlı qızlardan biri də tibb bacısı Həlimə Rzayeva idi. Volqa qalası döyüşünün bütün əsas mərhələlərində iştirak edən Həlimə xanım 3 ay ərzində 300-dən çox döyüşçünün həyatını xilas etmişdi. Tibb və döyüş xidmətlərinə görə o, yüksək dövlət mükafatları alıb və dəfələrlə komandanlığın təşəkkürünə layiq görülüb.

Cəsur qadınlarımız haqqında danışarkən İkinci Dünya müharibəsində Azərbaycan tarixində, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyovanın, təyyarəçilər Ziba Dadaşovanın, Zərifə Qasımovanın, baş leytenant Dürrə Məmmədovanın, kəşfiyyatçı Mariya Rzayevanın adlarını çəkməmək olmur. Əsrlər, qərinələr keçir, lakin bu qadınların xidmətləri nəinki unudulmur, hətta gələcək nəsillər üçün örnək olur.

Qəhrəman Azərbaycan qızlarının Böyük Vətən müharibəsində alman faşizmi üzərində çalınmış böyük Qələbədə xidmətlərindən söhbət açdıq. Onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qızları idilər. Bu qəhrəmanlıq salnaməmiz indi də davam edir və yeni-yeni səhifələr yazılır. Azərbaycanın qəhrəman qızlarının Qarabağ savaşında da yaxından iştirak etdiyi hamımıza məlumdur. Erməni qəsbkarları 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan igid oğullarımızla çiyin-çiyinə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qızlarımız da qoşulublar. Milli qəhrəmanlar - Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudova, Vəfa Mansurova və Sücaət İsgəndərovanın qəhrəmanlığı Azərbaycan qadınlarının yeni dövr fədakarlıq rəmzləridir.

Şuşa və Şuşaətrafı döyüşlərdə vuruşmuş müstəqil Azərbaycanın ilk qadın nişançısı Növrəstə Yusifovanın, 18 yaşında qadınların müharibədə iştirakına qadağa qoyulduğu üçün saçlarını kəsərək 1991-ci ildə Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edən və hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin xilasedicisi Kəmalə Qəhrəmanovanın, müharibənin od-alovundan keçmiş kəşfiyyatçı qadın Gülarə Musayevanın, qadın nişançı Şükufə Musayevanın, Qarabağ müharibəsi veteranı İradə Abbasın, Şuşa özünümüdafiə batalyonunun Kərkicahan rotasında kəşfiyyatçı olmuş Xanımzər Həsənovanın, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Aliyə Piriyevanın, əlinə silah almasa da, yaralılara tibbi yardım göstərən Sevda Səfərovanın adları, xidmətləri unudulmamalı, tarixdə qalmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert