ELM VƏ TƏHSİL


“Azərbaycan qadınları elmdə” mövzusunda tədbir keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycan qadınları elmdə” mövzusunda tədbir keçirilib.

AKİ-nin aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a bildirib ki, tədbirdə şuranın sədri, texnika elmləri doktoru, professor Həqiqət Cavadova “Azərbaycanın görkəmli qadınları” mövzusunda məruzə edib. Məruzəçi elmin müxtəlif sahələrində çalışmış görkəmli xanım alimlərdən, onların keçdiyi yoldan, əldə etdiyi nailiyyətlərdən və dünya elminə, o cümlədən Azərbaycan elminə verdikləri töhfələrdən söz açıb, fikirlərini faktlarla izah edib.

Tədbirdə çıxış edənlər məruzə ətrafında öz rəy və fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.