İDMAN


Azərbaycan qılıncoynadanı “TOKİO-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan sablyaçısı bu şərəfə aprelin 25-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Anna Başta, ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib.

A.Başta bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirərək parlaq çıxışla yadda qalıb. Təmsilçimiz pley-offun birinci görüşündə İspaniya təmsilçisi Arakelli Navarra qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüşdə A.Başta 15:14 hesablı çətin qələbə qazanıb. Növbəti mərhələdə sablyaçımız Gürcüstan idmançısı Teodora Kakianini 15:10 hesabı ilə üstələyərək ən güclü 4 qadın sablyaçı sırasına yüksəlib. Burada polşalı Silviya Matuzjakla qarşılaşan Anna zəfər yürüşünü davam etdirib. Bu dəfə 4 xallıq fərqlə (15:11) qalib gələn qılıncoynadanımız turnirin finalına vəsiqə qazanıb.

Almaniyalı Anna Limbaxla həlledici görüş gözlənildiyi kimi çətin alınıb. Ancaq sonda daha dəqiq olan Anna Başta rəqibini 15:13 hesabı ilə məğlub edərək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

Beləliklə, Anna Başta Tokioda ölkəmizi təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.