CƏMİYYƏT


Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı gününə həsr edilmiş görüş keçirilib

Bakı, 6 noyabr, AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 6 noyabr - Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə Şağan Mədəniyyət Mərkəzində tanınmış teleaparıcılar Rafiq Həşimov və Nailə Babayeva ilə Xəzər rayon gənclərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə televiziya və radionun insanların həyatındakı rolundan, ana dilində düzgün, səlis danışmağın vacibliyindən, ədəbi dil normalarının qorunmasında radio və televiziyanın, bu sahədə çalışan insanların üzərinə düşən vəzifələrdən, natiqlik sənətindən danışılıb, auditoriya qarşısında çıxışların mühüm məqamları diqqətə çatdırılıb.

Tanınmış diktorlar, həmçinin öz peşə fəaliyyətlərindən, əldə etdikləri təcrübələrdən danışıb, televiziya sahəsində çalışmağın çətin və bir o qədər də maraqlı tərəflərindən səmimi söhbət açıblar.

Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.