İDMAN


Azərbaycan regionda idmanın inkişafına böyük töhfələr verir

Bakı, 14 mart, AZƏRTAC

“Baku Open” beynəlxalq karate turnirində idmançıların öz potensiallarından maksimum istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Gürcüstan idmançıları Azərbaycanda keçirilən yarışlarda böyük məmnuniyyətlə iştirak edirlər. İki ay əvvəl komandamız Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinə qatılmışdı və nəticələr yaxşı oldu. “Baku Open”də ilk dəfə mübarizə aparırıq. Yarışda güclü idmançılar iştirak edirlər. Gürcüstan komandası turnirdə ən böyük heyətlə - 50-dən çox idmançı ilə təmsil olunur.

Bu sözləri “Baku Open” beynəlxalq turnirində iştirak edən Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basilia AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycanın karatenin inkişafına görə nəinki regionda, dünyada lider ölkələrdən olduğunu vurğulayan K.Basilia bildirib: “Azərbaycanda karatenin brilyantı Rafael Ağayev və digər adlı-sanlı idmançılar yetişiblər. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkənizdə idman, o cümlədən karatenin inkişafı yüksək səviyyəyə çatıb. Bununla da Azərbaycan regionda idmanın inkişafına böyük töhfələr verir. 2020-ci ildə Tokio Olimpiadasına sonuncu lisenziya turniri olan 55-ci Avropa çempionatı da Bakıda keçiriləcək. Bu nüfuzlu yarışın qonşu Azərbaycanda keçirilməsi bizim üçün böyük əhəmiyyət daşıyır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.