MƏDƏNİYYƏT


Azərbaycan rəssamlarının sərgisi Misir KİV-lərində

Qahirə, 6 may, AZƏRTAC

Qahirədəki Opera Evində yerləşən Salah Tahir Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Xarı bülbül” adlı sərginin açılışı Misir KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Misirin “Əxbar əl Yom” qəzeti, “Aldiplomacy” və “At Magazin” informasiya portalları, habelə “Asiaelyoum” informasiya agentliyinin mədəniyyət xəbərləri bölməsində Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Opera Evinin birgə təşkil etdikləri sərgi haqqında geniş materiallar və fotoşəkillər yayımlanıb.

Tədbiri işıqlandıran misirli jurnalistlər sərgidə nümayiş etdirilən tabloların Azərbaycanın füsunkar təbiəti, paytaxt Bakının mənzərələri və xalqımızın tarixi ənənələrini əks etdirdiyini yazıblar. Onlar Qahirə sakinlərini və şəhərin qonaqlarını mayın 8-dək davam edəcək bu maraqlı sərgiyə gəlməyə çağırıblar.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.