İQTİSADİYYAT


Azərbaycan rezidentləri tərəfindən 37,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib

Bakı, 16 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycan rezidentləri tərəfindən 37 milyard 645,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz az ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə ümumi daxili məhsulun 41,1 faizi sənayedə, 10,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,9 faizi tikintidə, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,6 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,1 faizini təşkil edib.

Eyni zamanda, istehsal olunmuş ümumi daxili məhsulun 61,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 38,2 faizi isə neft-qaz sektorunda istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 875,6 manata bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.