İQTİSADİYYAT
Azərbaycan sahibkarları Almatıda keçiriləcək sərgilərə dəvət olunurlar
Bakı, 8 yanvar, AZƏRTAC
Bu ilin noyabrında Qazaxıstanın Almatı şəhərində 5 sərgi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bunlar "XXII Beynəlxalq FoodExpo" (qida sənayesi), "XIV Beynəlxalq Agroworld" (kənd təsərrüfatı), "IV Beynəlxalq ColdChain" (logistika), "XVII Beynəlxalq QazPack" (tara) və "XV Beynəlxalq Horex" (restoran avadanlığı və xidmətləri) sərgiləridir.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları bu sərgilərdə iştirak edə bilərlər.
İştirakçılar bu sərgilərdə öz məhsul və ya xidmətlərini təqdim edəcək, müvafiq sahələr üzrə mütəxəssislərlə birbaşa təmas quracaq və dünyanın müxtəlif ölkələrindən sərgiyə gələn sahibkarlar ilə biznes əlaqələri yarada biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]