İQTİSADİYYAT
Azərbaycan sahibkarları Antalya sərgisindən distribüterlik və ixracla bağlı ilkin razılaşmalar əldə ediblər
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 18-21-də Türkiyənin Antalya şəhərində keçirilmiş 28-ci Beynəlxalq Qida və İçki Sərgisi çərçivəsində Azərbaycan sahibkarları, o cümlədən mürəbbə, təbii sıxım yağlarının və əzmələrin istehsalçıları distribüterliyə dair Türkiyə şirkətləri ilə, zəfəran istehsalçıları yerli zəfəran və ondan hazırlanmış məhsulların ərəb ölkələrinə ixracına, quru meyvə istehsalçısı isə qurudulmuş xurmanın Türkiyənin ticarət şəbəkələrində satışına dair ilkin razılıq əldə ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun təşkil etdiyi xüsusi stenddə 15 mikro və kiçik sahibkarlıq subyekti məhsullarını təqdim edib. “Made in Azerbaijan” stendində quru meyvələr, təbii sıxım yağları, konservləşdirilmiş məhsullar, meyvə şirələri, çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]