İQTİSADİYYAT


Azərbaycan sahibkarları Belqoroda səfər edəcəklər

Bakı, 27 fevral, AZƏRTAC

Martın 5-də Azərbaycanın ağır, yeyinti və yüngül sənaye sahələrində fəaliyyət göstərən sahibkarları Rusiya Federasiyasının Belqorod şəhərinə səfər edəcəklər.

AZƏRTAC “Bel.ru”ya istinadla xəbər verir ki, məqsəd məhsul və avadanlıqların birbaşa tədarükü üçün müqavilələr bağlamaqdır. Səfər çərçivəsində, həmçinin yerli sahibkarlarla görüşlərin keçirilməsi, istehsalat müəssisələri ilə tanışlıq da nəzərdə tutulur.

İştirakçılar Belqorodda neft və qaz avadanlıqları istehsalçıları, sistem həlləri və avtomatlaşdırılmış idarəetmə sistemlərinin inteqratorları və inkişafetdiriciləri, yüngül sənayenin hazır məhsulları, qida avadanlıqları və məhsulları istehsalçıları ilə tanış olmaqda maraqlıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.