İQTİSADİYYAT


Azərbaycan sahibkarları İrandakı beynəlxalq mebel sərgisinə dəvət olunublar

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 6-9-da Tehranda 28-ci Beynəlxalq Mebel Sərgisi açılacaq.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirilib ki, İran və Azərbaycanın yüksək vəzifəli məmurlarının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına olan istəyini nəzərə alaraq, həmçinin əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şəraitin yaradılması məqsədilə azərbaycanlı sahibkarlar və şirkət rəhbərləri sərgidə iştiraka dəvət olunublar. Üç gecə oteldə qonaqlama, qidalanma təşkilatçı, nəqliyyat xərcləri isə iştirakçı tərəfindən ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.