İQTİSADİYYAT


Azərbaycan sahibkarları İstanbuldakı tədbirlərdə iştiraka dəvət olunurlar

Bakı, 23 aprel, AZƏRTAC

Bu il noyabrın 28-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) VII Halal Ekspo və V Dünya Halal Zirvə Görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar tədbirdə iştiraka dəvət olunurlar. Zirvə görüşü dekabrın 1-dək davam edəcək.

Tədbirdə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.