İQTİSADİYYAT


Azərbaycan sahibkarları Nur-Sultanda aqrar sərgidə iştiraka dəvət olunurlar

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan sahibkarları Nur-Sultanda keçiriləcək “KazАGro/KazFarm” aqrar sərgisində iştiraka dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildirilib ki, oktyabrın 23-də Qazaxıstanın paytaxtı Nur-Sultanda “KazАGro/KazFarm” X Beynəlxalq aqrar sərgisi açılacaq. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar. Sərgi oktyabrın 25-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.