İQTİSADİYYAT
Azərbaycan sahibkarları “Saudi Agriculture 2016” sərgisinə dəvət olunurlar
Bakı, 2 sentyabr, AZƏRTAC
Oktyabrın 2-5-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Saudi Agriculture 2016” 35-ci beynəlxalq kənd təsərrüfatı, su və aqrar sənaye sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar. “Saudi Agro-Food 2016” və “Saudi Food-Pack 2016” sərgiləri ilə paralel təşkil olunan “Saudi Agriculture 2016” sərgisi kənd təsərrüfatı sektorunda ən son texnologiya, avadanlıq və xidmətlər təqdim edən aparıcı yerli və beynəlxalq şirkətləri bir araya gətirəcək.
Daha ətraflı məlumatı http://saudi-agriculture.com/internet səhifəsindən əldə etmək olar.