İQTİSADİYYAT
Azərbaycan sahibkarları Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfər edəcəklər
Bakı, 24 noyabr, AZƏRTAC
Dekabrın 17-20-də Azərbaycanın bir qrup sahibkarlarının İran İslam Respublikasının Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, səfər Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçiriləcək. Səfər çərçivəsində Təbriz və Ərdəbil şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.