İQTİSADİYYAT


Azərbaycan sahibkarları ilə Malayziya investorları görüşüblər

Bakı, 5 oktyabr, AZƏRTAC

Malayziyadan ölkəmizə gələn investorlarla sahibkarlarımız arasında görüş olub. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Malayziyadaki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə qonaqlara iqtisadiyyatımız, sənaye parkları, iqtisadi qanunvericilik və investisiyaların qorunması ilə bağlı qanunvericiliklə əlaqədar təqdimat keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, ASK baş katibinin müavini Fuad Hümbətov Konfederasiyanın fəaliyyəti, üzvləri barədə geniş məlumat verib.

Perak Ştat Assambleyasının üzvü, Perak ştat Baş nazirinin (Chief minister) xüsusi müşaviri Abd Manaf bin Hashim Malaziya tərəfindən təmsil olunan sahibkarların iqtisadiyyatın istehsal, dəniz nəqliyyatı, logistika, turizm və gübrə istehsalı kimi sektorları təmsil etdiyini bildirib.

Perak Korporasiyası Direktorlar Şurasının sədri Redza Rafiq bin Abdul Razak ölkənin sənaye potensialı, məhsul istehsalı ilə bağlı məlumat verib.

Azərbaycanın kənd təsərrüfatı və logistika şirkətləri öz məhsulları, eləcə də əməkdaşlıq imkanları barədə təkliflərlə çıxış ediblər.

Tədbir şirkətlər arasında B2B görüşlərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.