İDMAN


Azərbaycan şahmatçıları Abdulla Qədimbəyli, Kənan İzzət və Nərmin Kazımova dünya çempionu adını qazanmışlar

Bakı, 1 noyabr (AZƏRTAC). Azərbaycan şahmatçıları Abdulla Qədimbəyli (8 yaş), Kənan İzzət (14 yaş) və Nərmin Kazımova (18 yaş) Yunanıstanın Xalkidi şəhərində 8-18 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatının qalibi olmuşlar.

A.Qədimbəyli 11 mümkün xaldan 9,5 xal, Kənan İzzət və Nərmin Kazımova isə hərəyə 9 xal toplayaraq, öz yaş qruplarında dünya çempionatının qızıl medallarına layiq görülmüşlər.

Turnirlər isveçrə sistemi üzrə keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.