İDMAN


Azərbaycan şahmatçıları Avropa çempionatının qızıl və gümüş medallarını qazanıblar

Bakı, 27 may, AZƏRTAC

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının D qrupunda mübarizə aparan şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Avropa ölkələrindən reytinqi 2300-ə qədər olan 700-dən çox idmançının mübarizə apardığı D qrupunda M.İbrahimli 7,5 xal, A.Qədimbəyli isə 6,5 xal toplayıb.

Xatırladaq ki, çempionatın C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb. A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva isə qızların yarışında qızıl medala sahib olub. Qitə çempionatının B qrupunda isə şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.