İDMAN


Azərbaycan şahmatçıları Barselonada keçirilən açıq turnirə qələbə ilə başlayıblar

Bakı, 1 dekabr, AZƏRTAC

Barselonada keçirilən açıq turnirdə Azərbaycanın güclü şahmatçılarından olan Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlı mübarizəyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, hər üç şahmatçımız turnirin birinci turunda qələbə qazanıblar. Bu gün keçiriləcək ikinci turda Eltac Səfərov islandiyalı Gudmundur Kjartansson, Aydın Süleymanlı ispaniyalı Daniel Ramos Garcia, Məhəmməd Muradlı isə niderlandlı Lars Ootes ilə üz-üzə gələcəklər.

İsveçrə sistemi üzrə keçirilən turnir dekabrın 12-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.