İDMAN
Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Open A” turnirində liderlər qrupunda çıxışlarını davam etdirirlər
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Open A” turnirində uğurlu çıxışları ilə fərqlənirlər.
AZƏRTAC xəbər verir ki, dörd turun nəticəsinə görə iki şahmatçımız turnir cədvəlində ilk üçlükdə qərarlaşıb. Bütün görüşləri qələbə ilə başa vuran Nail Bəşirli liderliyi ələ keçirib. Dörd turun yalnız birində heç-heçə edən digər təmsilçimiz – Vüqar Əsədli isə üçüncü pillədədir.
Digər şahmatçılarımızdan Abdulla Qədimbəyli üç, Mustafa Məmmədov isə iki xal toplayıb.
Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnirə iyulun 12-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]