İDMAN


Azərbaycan şahmatçıları “Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər

Bakı, 28 aprel, AZƏRTAC

Şahmatçılarımızın da qatıldıqları “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Xəzər Babazadə qazanıb. O, 11 turdan ibarət olan turnirdə 8,5 xal toplayaraq 14-cü pillədə qərarlaşıb. Digər şahmatçılarımız Azər Mirzəyev 7,5, Ümid Aslanov 4,5, Ayan Allahverdiyeva 4 xal toplayıblar.

Turnirin qalibi 9,5 xalla ABŞ təmsilçisi Ceffri Ksunq olub. İsveçrə sistemi üzrə keçirilən yarışda 800 şahmatçı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.