İDMAN


Azərbaycan şahmatçıları Türkiyədə beynəlxalq turnirdə liderlər qrupunda mübarizə aparırlar

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan şahmatçıları Türkiyənin Mersin şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edirlər.

AZƏRTAC xəbər verir ki, turnirin B kateqoriyalı yarışında təmsilçilərimizdən İlyas Qarayev altı turdan 5,5 xal toplayaraq liderlər qrupunda yer alıb. Digər şahmatçılarımızdan Xatun Bağırova, Seyid Hüseyn liderdən yarım xal geri qalırlar.

A kateqoriyalı yarışda isə Misrətdin İsgəndərov 4,5 xalla 2-12-ci yerləri bölüşür.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.