İDMAN


Azərbaycan şahmatçıları blits üzrə onlayn turnirdə iştirak edəcəklər

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 12-də Amerika Şahmat Federasiyasının “Unity Chess” klubunun təşkilatçılığı ilə keçiriləcək blits üzrə onlayn turnirdə Azərbaycan şahmatçıları da iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, yarışda təmsilçilərimiz Məhəmməd Muradlı, Gülnar Məmmədova, Rəvan Əliyev, Nərmin Xələfova, Səmra Qasımova da mübarizə aparacaqlar.

Yarışda 395 şahmatçı iştirak edəcək. Onlardan 53-ü qrossmeysterdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.