İDMAN


Azərbaycan şahmatçılarının FIDE reytinqində ilk onluqdakı mövqeləri dəyişməyib

Bakı, 30 aprel, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il mayın 1-nə olan reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, dünyanın ən güclü şahmatçıları arasında ilk onluqda yer alan şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməyib. Belə ki, Ş.Məmmədyarov (2770) səkkizinci, T.Rəcəbov (2765) isə onuncu pillədədirlər.

Digər şahmatçılarımız 2665 xalla Nicat Abbasov və Qədir Hüseynov 72-73-cü sırada yer alıblar. Rauf Məmmədov (2654 xal) 1 pillə irəliləyərək 89-cu sırada qərarlaşıb.

Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 80-ci, Xanım Balacayeva (2376) isə 89-cu yerdədirlər.

Qadın şahmatçılar arasında isə birinci pillədə çinli Yifan Hou (2658) ən yüksək reytinq xalına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.