İDMAN


Azərbaycan şahmatçısı 41-ci açıq Bolqarıstan çempionatının qalibindən bir xal geri qalıb

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan şahmatçısı Kənan Qarayevin iştirak etdiyi 41-ci açıq Bolqarıstan çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Plovdiv şəhərində təşkil olunan yarışın “A” turnirində mübarizə aparan təmsilçimiz doqquz turun yekununda altı xal toplayaraq 15-ci yerdə qərarlaşıb. O, yarışın qalibi olan bolqarıstanlı Radoslav Dimitrovdan cəmi bir xal geri qalıb.

“A” turnirində ümumilikdə 13 ölkədən 90-dək şahmatçı mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.