İDMAN


Azərbaycan şahmatçısı Aydın Süleymanlı Avropa çempionatına liderlik edir

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Avropa çempionatına liderlik edir

Bakı, 29 mart, AZƏRTAC

Sloveniyada kişilər arasında şahmat üzrə şəxsi Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ikinci turda Aydın Süleymanlı yarışın əsas favoritlərindən hesab olunan ukraynalı Anton Korobovu məğlub etməklə qitə birinciliyində ardıcıl ikinci qələbəsini qazanıb. Abdulla Qədimbəyli, Eltac Səfərli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Gövhər Beydullayeva və Şahin Vəliyev ikinci turun oyunlarından qalib ayrılıblar. Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli və Read Səmədovun oyunlarında heç-heçə qeydə alınıb.

Beləliklə, iki turdan sonra Aydın Süleymanlı 2 xalla çempionatın birinci, Abdulla Qədimbəyli isə eyni xalla dördüncü pilləsində qərarlaşıb. Hər iki turda qalib gələn Eltac Səfərli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı maksimum xalla irəliləyirlər.

İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.