İDMAN


Azərbaycan şahmatçısı Monteneqroda uğurlu çıxışını davam etdirir

Bakı, 28 aprel, AZƏRTAC

Monteneqronun Nikşiç şəhərində keçirilən turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, şahmatçımız 7-ci turda fransalı Josep Gireli məğlub edərək aktivinə daha bir xal yazdırıb. Ötən turların yekun nəticəsinə görə, təmsilçimiz 6 xalla vahid lider kimi birinci pillədə qərarlaşıb. A.Süleymanlı 8-ci turda yerli idmançı Luka Draskovic ilə mübarizə aparacaq.

Doqquz turdan ibarət olan və 5-i qrossmeyster olmaqla, 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.