İDMAN


Azərbaycan şahmatçısı “Paraçin 2019” turnirində liderliyini davam etdirir

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Paraçin 2019” Open A turnirində liderliyini davam etdirir.

AZƏRTAC xəbər verir ki, altı turun nəticəsinə görə 5,5 xal toplayan təmsilçimiz Nail Bəşirli turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Digər şahmatçılarımızdan Abdulla Qədimbəyli 4,5, Vüqar Əsədli 4, Mustafa Məmmədov isə 3,5 xal toplayıblar.

Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.